Prezident: Mehirban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm
17:28 05.04.2019
Arxiv
444
Mehirban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm.
"Sherg.az"ın məlumatına görə, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.
Dövlətimizin başçısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
"Çünki onun fəaliyyəti nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarında bu məsələ ilə bağlı təqdimatlar, simpoziumlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Bizim tarixi, mədəni irsimiz olan muğam sənəti, tar və digər milli sərvətlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bütün bunlarla bağlı sərgilər, təqdimatlar keçirilir, yəni, biz Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Çünki vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu, bizim tarixi diyarımızdır. Mən bildirəndə ki, tarixi ədalət bizim tərəfimizdədir, məhz bunu nəzərdə tuturdum. Qədim xəritələrə baxanda görürük ki, Dağlıq Qarabağda və ətraf bölgələrdə bütün toponimlər Azərbaycan mənşəlidir".
İlham Əliyev əlavə edib ki, tarixi ədalət, beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Bu da bizim böyük diplomatik və siyasi uğurumuzdur. Əlbəttə ki, iqtisadi potensialımız, hərbi gücümüz də mühüm amildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə