Prezident tapşırıqlarını verib: “Ağacların qanunsuz kəsilməsinə son qoyulmalıdır”
20:43 13.04.2014
Arxiv
702
Aprelin 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Lent.az-ın məlumatına görə,
prezident İlham Əliyev yekun nitqində bəzi vacib məsələlərə toxunub. Ölkə başçısı qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söyləyib. Dövlət başçısı qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Bundan əlavə, paytaxtın gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Görülən tədbirlər ordu quruculuğunu da əhatə edəcək, bu sahədə infrastruktur layihələrinin icrası, o cümlədən Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərinin həlli diqqət mərkəzində olacaq.
Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirib, ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlarını verib. Bu il ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu deyən dövlət başçısı Azərbaycanın bu beynəlxalq idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi