"Prezidentin çıxışı Azərbaycanın təqdimatı oldu” - Deputat
12:39 21.09.2017
Arxiv
518
"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı sözün əsl mənasında Azərbaycanın təqdimatı oldu”.
Bunu "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, dövlətimizin müstəqillik illərində qazandığı nailiyyətlər, qarşıya qoyduğu perspektivlər və ən əsası onun perspektivinə mane olan məsələlər dövlət başçısının nitqində öz əksini tapdı:
"Cənab prezident çıxışında Ermənistanın Azərbaycana qarşı 25 ildən artıqdır davam edən işğalçılıq siyasəti, onun fəsadları, Erməni rəhbərliyinin Xocalı soyqırımını törətməsi, cəbhə xəttində mülki vətəndaşların atəşə tutulması öz əksini tapdı. Göstərildi ki, BMT nizamnaməsini, beynəlxalq normaları pozan Ermənistana qarşı indiyədək tədbir görülmür, onun əməllərinə göz yumulur. Buna səbəb isə ikili standartların olmasıdır. BMT-nin qəbul etdiyi qətnamələrin icra mexanizmi indiyə qədər fəaliyyət göstərmir.
Ölkə başçısı yaxşı vurğuladı ki, bəzən BMT-nin qəbul etdiyi qərarlar bir günə yerinə yetirilir. Buna rəğmən Ermənistanla bağlı qərarlar isə yerinə yetirilmir. Bu məsələdə BMT öz qəbul etdiyi qərarlara riayət etmir”.
Deputatın sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi və cənab prezidentin bu siyasətin başında birbaşa Serj Sarkisyanın durduğunu vurğulaması Azərbaycanın öz suveren hüquqlarının qorunmasında qətiyyətli olmasını, beynəlxalq birlikdə nüfuz qazanmasını göstərir:
"Azərbaycanla bağlı çıxışlarında digər ölkə başçıları da bu məqamları vurğuladılar.
Azərbaycan prezidentinin çıxışında dövlətimizin özünə inamlı dövlətin bugünkü inkişaf səviyyəsi ilə ayrı-ayrı qüvvələrin əlaltısı rolunu oynamağa həvəslə razı olan, işğalçılıq siyasəti aparan Ermənistanla ciddi müqayisədir. Ermənistan prezidenti apardığı islahatlarda, əhalisinin sosial, iqtisadi inkişafı istiqamətində siyasətindən hər hansı nümunə gətirə bilmədi. Düşmən ölkənin başçısının yalan danışması, işğalçı olduğunu gizlətməyə çalışması da diqqəti cəlb edən məsələdir.
Bu gün ölkəmizin uğurları, başqa dövlətlərlə əməkdaşlıq siyasəti davam edir. Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Ölkə başçısının çıxışını beynəlxalq mühitdə qazandığı növbəti siyasi uğur adlandırmaq olar”.
Qeyd edək ki, Prezident İlham Əliyev sessiyada çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə, işğalçı Ermənistanın qeyri-konstruktiv siyasətinə və digər mühüm məsələlərə diqqət çəkib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol