"Prezidentin çıxışları və fəaliyyəti gənclər üçün əsl örnəkdir" - Mübariz Göyüşlü
11:17 05.02.2019
Arxiv
322
"Dövlət başçısı İlham Əliyevin gənclərlə görüşünü və çıxışı zamanı qeyd etdiyi mühüm məqamları yüksək qiymətləndirirəm”.
Bunu "Sherg.az”a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü deyib.
Birlik rəhbəri vurğulayıb ki, bu, Azərbaycan dövlətinin və rəhbərliyin illərlə formalaşmış gənclərə dəstək ənənəsinin davamıdır:
"Bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda Gənclər Gününün qeyd olunması, Gənclər Fondunun yaradılması, gənclər təşkilatlarına maliyyə dəstəyinin göstərilməsi, xaricdə gənclərin oxumağa göndərilməsi, dövlət orqanlarında məsul vəzifələrə çəkilməsi və s. çalışmaların hamısı Azərbaycan dövlətinin, şəxsən Prezidentin diqqət mərkəzindədir. Azərbaycan Ordusunu burada xüsusi qeyd etmək istərdim.
Ordumuzun böyük hissəsi gənclərdən ibarətdir. Silahlı Qüvvələrimiz daim Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunub və üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. 2016-cı ilin aprel ayında əldə etdiyimiz uğurları və ordumuzun qəhrəmanlığını buna nümunə göstərmək olar”.
M.Göyüşlü bildirib ki, cənab Prezidentin çıxışları və fəaliyyəti gənclər üçün əsl örnəkdir:
"Atılan addımlar göstərir ki, cənab Prezident gənclərlə biryerdədir, onların problemlərini bilir və həlli üçün çalışır. Xüsusən bir məqamı vurğulamaq istərdim ki, Prezident öz çıxışı zamanı ictimai nəzarət funksiyasını yerinə yetirməyi gənclərə tövsiyyə etdi. Bu, çox ciddi məqamdır. Hesab edirəm ki, gənclər təşkilatları dövlət orqanlarının və məmurların çalışma prosesinə ictimai nəzarətlə bağlı dövlət başçısına yaxından köməklik göstərməlidirlər. Bu, dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsi və güclənməsi ilə nəticələnə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət