Professor: "Müəllimlik ixtisasına maraq artıb" - Təşviqedici proqramlar nəticə verdi
09:06 09.07.2018
Arxiv
596
"Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müraciətlərin rekord dərəcədə çox olması müəllimlik peşəsinə marağın artdığını sübut edir. Bu, sevindirici haldır”.
Bunu "Sherg.az”a 50 min 697 nəfər müəllim olmaq istəyən şəxsin MİQ.EDU.AZ saytında qeydiyyatdan keçməsindən danışarkən tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov söyləyib.
O bildirib ki, Təhsil Nazirliyi, dövlət strukturları tərəfindən həyata keçirilən layihələr müsbət nəticəsini göstərdi:
"Bildiyimiz kimi, müəllimlik ixtisasına marağın artırılması üçün müəyyən təşviqedici proqramlar həyata keçirildi. Abituriyentləri, xüsusilə, qəbul imtahanlarında yüksək bal toplayanları bu ixtisasa yönləndirmək üçün dəstək layihələri aparıldı. Dövlət tərəfindən atılan bütün bu addımların nəticəsi olaraq, müəllimliyə verilən dəyər yüksəldi və maraq get-gedə artdı”.
Rekord nəticələrin bu sahəyə göstərəcəyi təsirlərə gəlincə, Ş.Əsgərov çoxsaylı müraciətlərin rəqabət mühitini yaxşılaşdıracağını düşünür:
"Təbii ki, imtahanlar nəticəsində müəllim olmaq istəyən məzunlardan ən yaxşıları seçilib, işlə təmin olunacaq. Bu prosesin şəffaf həyata keçirildiyi hər kəsə məlumdur. Yaxşı namizədlər arasında ən yaxşıları seçilib, müəllim adına layiq görüləcək”.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual