Prokurorluq “Ayna-Zerkalo”dakı axtarışla bağlı açıqlama verdi
11:49 01.05.2014
Arxiv
408
Baş Prokurorluq "Ayna-Zerkalo” qəzetinin redaksiyasında aparılan axtarışa rəsmi münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarı əsasında qəzetinin redaksiyasında axtarış aparılaraq oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və əşyalar müvafiq qaydada maddi sübut kimi götürülüb.
Xatırladaq ki, "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyü deyib. E. Şıxlı axtarışın qəzetin dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib.
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region
Ağdamda çobanların davası qanla bitdi
16:22 15.06.2026
Hadisə