Putin NATO qarşısında "sonuncu imtahan"ını verəcək
08:08 19.10.2018
Arxiv
462
Rusiya prezidentinin İstanbulda 4-lü formatda görüşə qatılması indiyə qədər regionda baş verən hadisələrin nəzarət altına alınması ilə nəticələnəcək
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri dəqiqləşib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Vladimir Putin İstanbulda keçiriləcək "Dördlü Suriya Sammiti”ndə bir araya gəlmək qərarı veriblər. Onun sözlərinə görə, liderlər ən son 17 sentyabrda - Soçi sammitində görüşüblər. Peskov hazırlıqların davam etdiyini və Putinin İstanbul zirvəsinə qatılacağını bildirib. Putinlə yanaşı, Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Emanuel Makronun da İstanbulda keçiriləcək "Dördlü Suriya Sammiti”ndə iştirak etməsi gözlənilir. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə əldə olunmuş İdlib razılaşmasının müvəqqəti olduğunu bəyan edib. Onun sözlərinə görə, tərəflər hələlik Soçi razılaşmasına əməl edirlər: "Silahsızlaşdırılmış zona olan İdlibdən ağır silahlar çıxarılır. Türkiyəli həmkarlarımız müxalifətlə fəal işləyir, onu əməkdaşlıq etməyə inandırırlar. Prosesləri diqqətlə izləyirik”.
Növbəti Putin və Ərdoğan görüşünü, o cümlədən Suriya üzrə yeni danışıqları "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev hesab edir ki, Putinin İstanbulda 4-lü formatda görüşə qatılması indiyə qədər regionda baş verən hadisələrin nəzarət altına alınması ilə nəticələnəcək. Onun fikrincə, faktiki olaraq Putinin bu görüşə qatılması NATO qarşısında "sonuncu imtahan” olacaq:
"Hər 3 ölkə - Almaniya, Fransa və Türkiyə NATO-nun əsas zərbə qüvvəsidir. 4-lü formatda NATO-nu ideoloji təmsilçi kimi Fransa, yumşaq hegemon rolunda Almaniya, nəhayət əsas zərbə qüvvəsi olaraq Türkiyə təmsil edir. Regionda əsas hadisələr Türkiyə və Rusiya üzərindən həyata keçdiyi üçün danışıqlar zamanı son nöqtəni bu iki dövlətin başçıları qoyacaq. Görüş əslində Türkiyə və Rusiyanın İdlib məsələsində Soçi görüşünün nəticələrinin həyata keçirilməsi üçün detalların razılaşdırılmasıdır. İdlibdə 15-20 km-lik təhlükəsizlik kəməri yaratmaq və bütün silahlıların bölgəni tərk etməsi barədə razılaşmanın həyata keçirilməsi görüşün əsas ana xətti olacaq. İlin sonuna qədər daha bir neçə görüşün keçiriləcəyi gözlənilir”.
Analitikə görə, görüşdə problemin həllinin konkret nəticəsi olmasa da, nisbi tarazlıq qorunub saxlanılacaq:
"Soçi görüşündə Rusiya ilə əldə olunan razılaşmanın pozulması Suriyada vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Əgər Rusiya irəli sürülən təkliflərə kobud şəkildə əməl etməkdən imtina edəcəksə, o zaman NATO-nun birləşmiş qüvvələrinin regiona hərbi müdaxiləsi baş verəcək. Bu isə Rusiyanın birdəfəlik ərəb bölgəsindən çıxarılmasına səbəb olacaq. Lakin hesab edirəm ki, Putin bunları gözə alacaq və NATO-nun 3 ölkəsinin ona etdiyi təklifləri qəbul edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm