Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin ölkəsindəki kütləvi etirazları "Ərəb baharı”na bənzətməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.
Putin qorxur...
16:54 30.03.2017
Arxiv
1452
Elxan Şahinoğlu: "Sistemdən kənar müxalifət isə Putini daha çox qorxudur"
Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin ölkəsindəki kütləvi etirazları "Ərəb baharı”na bənzətməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.
"Rusiya hakimiyyəti ölkədəki aksiyalardan qorxub”.
Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin ölkəsindəki kütləvi etirazları "Ərəb baharı”na bənzətməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bu etirazlar həm Rusiya, həm də dünya üçün gözlənilməz oldu:
"Bir anın içərisində Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərdə minlərlə insan küçəyə axışdı. Xüsusilə, sistemdən kənar müxalifət lideri Aleksandr Navalnıy sosial şəbəkələrdə korrupsiya ilə mübarizə məqsədilə küçələrə axışmağa dəvət edir. Bundan sonra minlərlə insan onun çağırışına səs verib. Moskvada bu qədər böyük kütlənin küçəyə çıxacağını heç kim gözləmirdi. Etiraz edənlərin sayının çox olduğunu gördükdən sonra hakimiyyət polisin sayını da artırdı. Bu gün Rusiya parlamentindəki müxalifət faktiki hakimiyyətin daxili və xarici siyasətini bölüşür. Sistemdən kənar müxalifət isə Putini daha çox qorxudur. Çünki onların sayı az olsa da, Rusiyada iqtisadi vəziyyətin gərginləşməsi şəraitində etirazların miqyası, küçəyə çıxanların sayı arta bilər. Ona görə dövlət başçısı açıqlamasında bunu "Ərəb baharı”na bənzədib. Müəyyən qədər haqlıdır. Çünki Rusiyada vəziyyət dəyişməsə, korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmasa, iqtisadi vəziyyət normallaşmasa orta sinif getdikcə indiki vəziyyətdən daha da narazı qalacaq. Düzdür, bu, o demək deyil ki, Rusiyada inqilab etmək, prezidenti ya da Dmitri Medvedyevi devirmək olar. V. Putinin reytinqi hələ də çox yüksəkdir. Amma diqqət etsək görərik ki, mitinqə çıxanlar V. Putindən çox D. Medvedyevin adını çəkirdilər ki, o, islahatlar apara bilmir, korrupsiyaya bulaşıb. Bu şüarlar artıq Rusiya siyasi dairələrində, parlamentdə ciddi müzakirə olunur. Küçələrə çıxanları tənqid etsələr də, rusların etirazları Rusiya hakimiyyətini ciddi narahat edir”.
Qeyd edək ki, Vladimir Putin korrupsiya ilə mübarizə məsələlərinin ictimaiyyətin diqqət mərkəzində olmasını dəstəklədiyini söyləyib. Prezident hansısa siyasi hədəflər seçkilər ərəfəsində bundan siyasi səhnədə tanınmaq üçün istifadə edilməsini yalnış hesab etdiyini vurğulayıb: "Bu "ərəb baharı"nı xatırladır: biz bunun nəyə gətirib çıxardığını çox yaxşı bilirik. Ukraynada dövlət çevrilişinə də bu səbəb olmuşdu”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə