Qadın boksçumuz 1/4 finala vəsiqə qazanıb



"Bakı 2015" I  Avropa Oyunlarında boks yarışları üzrə qadınlar arasında  yüngül çəkidə (57 - 60kq) mübarizə aparan Alekseyeva Yana 1/8 finalda finlandiyalı Mira Potkonenlə üz üzə gəlib. Boks federasiyasının prezidenti Kəmaləddin Heydərovun da tamaşa etdiyi və gərgin mübarizə şəraitində keçən görüş idmançımızın qələbəsi ilə başa çatıb. Boksçumuz hər üç raundda rəqibindən üstün olub (3:0) və 1/4 final mərhələsinə yüksəlib.
 
Vüqar