Qadın boşandığı üçün qardaşından şiddət görür
08:39 27.05.2021
Arxiv
590
Lənkəranın Qumbaşı kəndində qadın həyat yoldaşından boşanıb və valideynlərinin evinə köçdüyü üçün qardaşı tərəfindən şiddət görür.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, qardaşı tərəfindən davamlı olaraq şiddət gördüyü üçün qadının səhhətində ciddi problemlər yaranıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rayonun Qumbaşı kəndində yaşayan G.Həşimova bir neçə il bundan əvvəl həyat yoldaşından ayrılıb və daha sonra azyaşlı övladı ilə birlikdə yataq xəstəsi olan valideynlərinin yaşadığı evə köçüb:
“Qardaşı R.Həşimov isə ailəsi ilə birlikdə rayonun Şirinsu qəsəbəsində yaşamasına baxmayaraq, valideynləri yataq xəstəsi olduğu üçün mütəmadi olaraq onların yanında olur. G.Həşimova bir neçə dəfə DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək qardaşının onu evdən çıxarmağa cəhd etməsini bildirib.
Ona hüquqları izah olunmaqla müraciətinin mülki xarakterli olması və bununla bağlı məhkəmə orqanlarına müraciət etməli olduğu barədə məlumat verilib”.
“Eyni zamanda, G.Həşimova ilə qardaşı arasında münaqişəli vəziyyətin olması nəzərə alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz halların və hüquqazidd hərəkətlərin qarşısının alınmasından ötrü onlar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsində münaqişəli ailə kimi qeydiyyata götürülüblər. Hazırda həmin şəxslərlə profilaktiki söhbətlərin aparılması davam etdirilir”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat