Qadın şok yaşadı

Xərçəng olduğunu Facebookdan öyrəndi





Bir müddətdir qabarıqlıq və kürək ağrısı kimi problemlər yaşayan və həssas bağırsaq sindromu olduğunu düşünən 36 yaşındakı qadın Facebookda gördüyü bir paylaşmanı oxuyunca xərçəng olduğunu anladı.

"Daily Mail”in xəbərinə görə aylardır özünü pis hiss edən 36 yaşındakı Laura Everley, qabarıqlıq, kürək ağrısını, həzmsizlik və sidik yolu problemləri yaşayır, ancaq bu problemləri əvvəldən diaqnozu qoyulan həssas bağırsaq sindromuna bağlayırdı.
Facebook zaman tunelində qarşısına çıxan xərçənglə əlaqədar bir paylaşmanı oxuyarkən bütün ifadə edilənlərin özündə olduğunu fərq edincə həkimə gedən Everley, xərçəng olduğunu öyrənincə şok oldu. Edilən testlər nəticəsində aqresiv yumurtalıq xərçənginin yayılmağa başladığı diaqnozu qoyuldu. Yumurtalıqları alınsa da xərçəng irəlilədiyindən kimyaterapiya görməsi lazım olan Laura, xəstəliyi yenəcəyinə inanır.
Həkimlər xəstəliyin ilk mərhələlərində fərq edilməsinin çətin olduğunu ifadə edir. Çünki ifadə edilənlər ümumiyyətlə pre-menstrual sindrom və ya həssas bağırsaq sindromuyla qarışdırılır.