Qadınlar səhv düşünürlər
21:30 25.10.2016
Arxiv
603
“Qeysəriyyə əməliyyatı, əslində fiqura üçün ziyanlıdır”
Ana və uşaq ölümləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Milli Məclisdə aparılan müzakirələr zamanı deputat Musa Quliyev qeysəriyyə əməliyyatının zərərlərindən danışıb.
"Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir” - deyən M.Quliyev təəssüflə qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı artıb: "Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya ki, bu, fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”. O, eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış olduğunu vurğulayıb: "Bu, bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı qeysəriyyə əməliyyatının da müəyyən fəsadlar yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu əməliyyat üçün ciddi göstəricilər olmalıdır. Əksər halda analar bunu özləri istəsələr də, bəzən gözlənilən nəticə olmur: "Qeysəriyyə əməliyyatı ginekoloji təbabətdə qədim dövrdən mövcuddur. Bu əməliyyatın aparılması üçün xüsusi göstərişlər olmalıdı. Bu göstəricilərdən biri uşağın çəkisinin artıq olması, çanaq darlığı və yaxud digər müxtəlif xəstəliklər olur ki, bu zaman təbii doğuşa icazə verilmir. Hərdən pasientin özünün arzusu ilə bu əməliyyat baş tutur. Burada da müxtəlif yanlış yanaşmalar mövcuddur. Məsələn, bu yanaşmalardan biri, orqanizmin və bədən formasının quruluşunun dəyişməsi kimi hallardı. Əksinə, əməliyyatda daha çox uşaqlıq əzələlərində çapıq toxumaları əmələ gəlir. Sonra isə çapıq toxumalarının soyulması mümkün olmur. Bununla da ananın arzuladığı bir bədən quruluşundan daha da pis bir quruluş əmələ gəlir. Çünki burada uşaqlıq əzələləri əməliyyat zamanı travma alır. Tikişlərin yerində toxumaların əmələ gəlməsi isə geriyədönməz bir prosesdir. Düyünlər əmələ gəlir və bu da başqa bir çox fəsadlar yaradır. Bu məsələ pasiyentlərin düşündüyü kimi deyil”. Bundan başqa, həkim qeysəriyyə yolu ilə doğulan uşaqlar üzərində monitorinqlər aparıldığını deyib: "Bu uşaqların sonrakı intellektual inkişafı araşdırılır. Bununla da təbii yolla dünyaya gələn uşaqlarla hansı fərqlərin olduğu müəyyən edilir. Hansılarda xüsusiyyətlər daha üstündür, hansı keyfiyyət daha dinamik şəkildə müşahidə olunur. Bu da bizə tez zamanda bəlli olmur. Uzun müşahidələrdən sonra bunu bilmək mümkündür. Amma yenə deyirəm ki, hər bir əməliyyatın fəsadı olduğu kimi qeysəriyyə əməliyyatının da fəsadları olur. Ümumiyyətlə, bu əməliyyatın aparılması lazımdır, ya da lazım deyil, bunu birbaşa əməliyyat edən həkim müəyyənləşdirə bilər. Həkim xəstəlik tarixinə müəyyən göstəricilər yazır. Biz sadəcə olaraq bu göstəriciləri oxuyaraq ekspert kimi əməliyyatın doğru, ya da yanlış olduğunu deyirik. Bunun doğru olduğunu da həkim əsaslandırır və qeyd edir. Xəstəni müalicə edən həkimin təcrübəsi, vicdanı, etik və tibbi tərəfləri var. Bunlar hamısı həkim simasında birləşir və həm vətəndaş olaraq, həm həkim olaraq pasiyentin gələcək həyatındakı baş verə biləcək hər hansı bir fəsadları düşünür. Ümumilikdə bu əməliyyatın konkret olaraq lazımlı olması fikrini bildirə bilmərik. Sadəcə bir ekspert və izləyici kimi müəyyən göstəriciləri nəzərdən keçirə bilərik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat