Qalmaqal böyüyür: “Space”nin rəhbəri işçiləri qovdu, müğənnilərə qadağa qoydu





Xəbər verdiyimiz kimi, "Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib.

5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, "Space” telekanalının rəhbəri Vaqif Mustafayev verlişin aparıcısı Anar Vaqifoğlunu və səs rejissoru Etibar adlı şəxsi işdən qovub. Rüfət Axundov və Rəşad İlyasovun efirə çağırılması qadağan edilib.