Qan donduran cinayət: Qadının baş dərisini üzüb, sağ qulağını qoparıblar

ABŞ-da qan donduran cinayət hadisəsi yaşanıb. 2016-cı ilin mayında Qərbi Hollivudda öldürülən 30 yaşlı Ukraynalı maneken Iana Kasianın cəsədinin tətqiqi zamanı ortaya çıxan detallar şok edib.
2 aylıq qızının yanında olan cəsədinin, baş dərisinin üzüldüyü, sağ qulağının qoparıldığı və bədənindəki bütün qanın axıdıldığı bildirilir. Ayrıca çənəsində də zərbə izləri aşkarlanıb.
Hesabatda deyilir ki, qan itkisi qadının birinci ölüm səbəbi olub. Digər yandan başına sərt bir cisimlə vurulması da qadının ölüm səbəbi kimi göstərilir.
Hadisə ilə əlaqədar günahlandırılan adam isə vəhşicəsinə öldürülən qadının 36 yaşlı sevgilisi və uşağının atası Blake Leibeldir. Kanadalı bir əmlak zəngininin oğulu Leibel, film rejissoru və roman yazıçısıdır. Yazdığı ‘Syndrome’ (Sindrom) adlı kitabda, boğaz kəsən və qurbanlarının qanını axıdan bir qatil təsvir edilir. Cinayyəti sübut olunarsa Leibel edam cəzası alacaq. Lakin o iddiaları rədd edir.