Qandalı qırıb cəlladların üzərinə hücum çəkib

Dar ağacından asılmamaq üçün əlindən gələni etdi




İranda haqqında edam hökmü çıxarılan məhkum insanları heyrətləndirib.
ANS-in məlumatına görə, edam edilmək üçün çıxarıldığı kürsüdə dəqiqələrlə müqavimət göstərən şəxs ətrafında nə varsa təpikləməyə başlayıb.
Sonda qandalı qırmağı bacaran məhkum cəlladların üzərinə hücum çəkib. Bu hadisəni edamı seyr edən bir nəfər mobil telefonun yaddaşına köçürüb. Hadisə saniyə-saniyə görüntülənib.
Edam edilmək istəməyən məhkum cəlladların əlindən xilas ola bilməyib. Məhkumun yenidən edam olub-olmadığı isə bilinmir. İranda baş verən bu qəribə hadisə edamı seyr edən hər kəsi şoka salıb.