Qanunsuz tikintinin qarşısı alınacaq
11:37 19.10.2018
Arxiv
598
Yeni qanunvericilik təşəbbüsləri hazırlanır
Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən tikinti məqsədləri üçün torpaq sahələri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq rəy verəcək, habelə tikintiyə icazə icraatı çərçivəsində tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq. Bu barədə AZƏRTAC-a komitənin aparat rəhbəri Anar Quliyev deyib.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı və digər şəhərlərin ərazisində ərazi planlaşdırılması sənədlərinin əvəzedicisi olan şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunacaq: "Göründüyü kimi, qanunvericilikdə aparılmış təkmilləşdirilmə ilə bağlı komitə tərəfindən hazırda məqsədyönlü tədbirlər həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli icra hakimiyyətlərinin bu sahədə fəaliyyəti araşdırılır, tələb olunduğu hallarda icrası məcburi olan "Göstəriş”lər verilir”.
Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra edilməsi məqsədilə qanunsuz tikintilərin sökülməsi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyi, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ilə də sıx əməkdaşlıq qurulub.
A.Quliyev, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi və qanunsuz tikintinin qarşısının alınması üçün komitə tərəfindən yeni qanunvericilik təşəbbüslərinin hazırlandığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm