Qanunsuzluq yoxdur
07:49 26.09.2017
Arxiv
527
Yol polisi məhəllədaxili yaşayış zonalarında da xidmət göstərə bilər
Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi”nin sakinləri redaksiyamıza şikayət ərizəsi ilə müraciət ediblər. Sakinlər yaşadıqları məhəllədə polis maşınlarının olduğundan şikayətçidir.
Onların sözlərinə görə, yol polisləri mütəmadi olaraq yaşayış ərazisində reydlər keçirir və günahsız yerə sürücülərə cərimə yazırlar.
Şikayətçilərdən birinin sözlərinə görə, maşındakı yükləri boşaltmaq üçün müvəqqəti olaraq avtomobili yaşadığı bina qarşısında saxlayıb və kəmərləri çıxarıb. Lakin yol polisi ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimə yazıb.
Mövcud vəziyyəti şərh edən "Digesta” hüquq firmasını direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə bildirib ki, yol polislərinin, patrul maşınlarının yaşayış ərazisində yoxlanışlar, reydlər aparması qanunvericiliklə tənzimlənir və burda yanlış bir hal yoxdur.
Ekspertin sözlərinə görə, sürücü hər yerdə - yaşayış ərazisində və yaşayışdan kənar yerlərdə qaydalara əməl etməlidir. Amma qanunsuz yerə sürücünün cərimə edilməsi yolverilməzdir. Belə olan hallarda sürücü əlaqədar qurumlara şikayət edə bilər:
"Yaşayış zonasında, binalar olan ərazidə polislərin reydlər keçirməsində qanunsuzluq yoxdur. "Polis Haqqında”, "Yol Hərəkəti Haqqında” qanuna və "Yol Patrul Xidməti Haqqında” təlimata görə, polis Azərbaycan ərazisindəki ümumi istifadədə olan istənilən yollarda, küçə və prospektlərdə, məhəllədaxili yaşayış zonalarında xidmət edə bilər.
Bunun üçün hər hansı bir məhdudiyyət yoxdur. Kimsə patrul avtomobilinə və yol polisinə deyə bilməz ki, "niyə burda xidmət edirsən?”. Amma xidmət vaxtı vətəndaşlarla xoşagəlməz hallar yaşanarsa və qanuna uyğun olmayan sanksiyalar tətbiq olunarsa, bu zaman sürücülər şikayət edə bilər. Onların qanunvericilikdə hüquqları var. Həmin şikayət əsasında araşdırmalar aparılır.
Doğrudan da yol polisi əməkdaşı səhvə yol verərsə, cəzalandırılır. Lakin "polis niyə gəlib bizim məhəlləmizdə xidmət edir?” demək düzgün deyil.
Sürücü hər yerdə qaydalara riayət etməlidir. Onlar yaşayış yerində və ya kənddə "sərxoş maşın sürə bilərəm” kimi fikirlərdən uzaq durmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya