"Qapısız kənddənmi gəldin?" - Fotolar

Bu kənddə heç bir binanın qapısı yoxdur
"Qapısız kənddənmi gəldin?" sualına cavab ola biləcək möcüzə bir kənd Shani Shingnapur həm də  Sonai adı ilə tanınır. Bu kəndin diqqəti cəlb edən bir məsələsi var, çünki bu kənddə heç bir binanın qapısı yoxdur. Evlər, məktəblər, marketlər, dükanlar, hətta banklar! Hindistan dövlətinin israrı nəticəsində Shani Shingnapurun banklarına qapı taxdırılmışdır, ancaq qapının çox vaxt açıq qaldığı deyilir. İşin qəribə tərəfi odur ki, bu kənddə oğurluq olmur.
 2010-cu ildə bir oğurluq olmuş, ancaq oğru qaça bilmədən ölmüşdür. Bu hadisə üzündən heç bir oğru bu kəndə girməyə cürət etmir.