Qarabağ üçün də Qars müqaviləsi lazımdır" - Millət vəkilindən təklif




 Milli Məclisin iclasında deputat Zahid Oruc Qarabağ məsələsi ilə bağlı hazırkı durumdan danışıb.

 
Sherg.az bildirir ki, Z.Orucun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Qarabağ məsələsini müzakirə edib: 

"Prezidentlərin açıqlamaları son dərəcədə əhəmiyyətli hadisədir. Bu ilk növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir. 

ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz. Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. 

Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”. 

 Anar