“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi
16:05 26.09.2017
Arxiv
456
"Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidi”. Apasport.az saytının məlumatına görə, bunu "Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.
İtaliya nəhəngi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”ın qonağı olacaq.
Di Françesko qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: "Heyətimizi rəqibə görə qurmuruq. Oyun günü kim yaxşı formadadısa, ona da şans veririk. "Qarabağ”a, onun tarixinə, bura qədər gəldiyi yola böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, sabah bizə asan olmayacaq”.
- El Şaravinin yenidən oynaması nə ilə bağlı idi?
- El Şaravi qısa vaxtda zədəsini sağaltdı və onu oynatdıq. Komandamızda Florenzi və Perotti də onu əvəzləmək iqtidarındadılar.
- İtaliya komandalarının Çempionlar Liqası üçün tam təkmilləşmədikləri deyilir. Sizin buna münasibətiniz necədi?
- Bununla razı deyiləm. Daim İspaniya və İngiltərə komandalarına qarşı normal oynamışıq. Digər tərəfdən məşqlərin və hazırlığın buna aidiyyəti yoxdu. Çempionlar Liqası üçün başqa səbəb olmalıdı.
- "Roma”nı qarşıda çətin oyunlar gözləyir. "Qarabağ”la matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?
- Çətin oyunlar olacağını dərk edirik. "Qarabağ”dan texniki cəhətdən üstün olduğumuzu bilirik. Bütün komandalara qarşı qəddar oyun göstərmək niyyətindəyik. Heç bir komandaya güzəşt etmək niyyətimiz yoxdu.
- Komandada nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Bir komandanı tamamilə dəyişmək doğru olmaz. Nə qədər dəyişiklik edəcəyimi isə indidən deyə bilmərəm.
- Klubunuzun baş icraçı direktoru Umberto Qandini bildirib ki, "Qarabağ”ın hücumçusu Mahir Mədətovu izləyisiniz. Onunla bağlı düşüncələriniz nələrdi?
- (Mahirin adını tərcüməçidən dəqiqləşdirdikdən sonra). Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanıyırıq. Mahiri yenə də izləyəcəyik. Amma bura gəlmək səbəbimiz qələbə qazanmaqdı. Mahirdən əlavə, Dino Ndlovu, Pedro Enrike kimi daha 4 oyunçu təhlükəlidi. Onların hamısını sona qədər izləyəcəyik.
- Defrelin müntəzəm oynamamasının səbəbi nədi?
- Onu hamıdan yaxşı tanıyıram. Defrel mənim üçün xüsusi futbolçudu. Onu oynatmıramsa, o demək deyil ki, meydanda görmək istəmirəm. Oynatmıramsa, deməli, ona əlavə nələrisə öyrədirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya