"QARDAŞ, EVDƏ KÖRPƏ QOYMUŞAM"

"Azərbaycan qızı, türk gəliniyəm" deyən Günel Tahirlinin yazdıqları hamını ağlatdı...
Tərcüməçilik edən Günel Tahirli Cansanın ictimai mediada İzmirdə terrorçulara qarşı qəhrəmanlıq göstərən və böyük bir faciəni önləyərək şəhid olan polis məmuru Fəthi Sekin üçün yazdıqları ictimai mediada çox danışıldı. Oxuyanlar göz yaşlarını saxlaya bilmədi.
"Milliyet"in xəbərinə görə, Türkiyə, İzmir ədliyyəsi qarşısında baş verən xain hücumda canı bahasına faciəni önləyən qəhrəman polis Fəthi Sekin və ədliyyə işçisi Musa Canın yasını saxlayır. Polis məmuru Fəthi Sekinin, 9 ildir vəzifə yerinə yetirdiyi İzmir Ədliyyəsi qarşısında terrorçuları fərq edərək canı bahasına müdaxiləsi və bu sayədə yaşana biləcək böyük bir faciəni önləməsinə görə ictimai media hesablarında çox sayda mesaj paylaşıldı.
İctimai media hesabında şəhid polislə təxminən 1 ay əvvəl yaşadığı xatirəni danışan və "Şəhid qardaşımızın ruhu şad olsun" deyən tərcüməçi Günel Tahirli Cansanın qeydləri hər kəsi duyğulandırdı.
Budur şəhid polis Sekin və "Azərbaycan qızı türk gəliniyəm" deyən Cansanın yazdıqları...
İCTİMAİ MEDİADA ÇOX DANIŞILDI
İzmirdə yaşayan Günel Tahirli Cansu təxminən 1 ay əvvəl, şəhid polisi Fəthi Sekin ilə yaşadığı anını Facebook hesabına yazdı. Ədliyyədə zaman - zaman tərcüməçilik etdiyini ifadə edən, "Azərbaycan qızı, türk gəliniyəm. Böyük şəhid qardaşımızın ruhu şad olsun" deyən Günel Tahirli Cansu bunları yazdı:
"QARDAŞ, EVDƏ KÖRPƏ QOYMUŞAM"
"Tərcüməçilik etdiyim üçün tez-tez İzmir Ədliyyəsinə gedirəm. Bir neçə həftə əvvəl bir prosesə qatılmaq məcburiyyətindəydim. Məhkəmə saatına az qalmışdı. Avtomobili park edəcək yer tapa bilmədim. Rəsmi avtomobillərin olduğu yerə doğru yaxınlaşdım. Bir polis avtomobili və yanında bir polis məmuru dayanırdı, məhkəməyə gecikirdim. Şüşəni salıb polis məmuruna dedim ki, "Qardaş, mən Təhlükəsizliyin tərcüməçisiyəm, heç bir yerdə yer tapa bilmədim avtomobili park etmək üçün, evdə körpə buraxdım, təcili məhkəməyə qatılıb evə dönməm lazımdır, mənə yardımçı ola bilərsinizmi?
"CƏZA GƏLİRSƏ MƏNİ TAP, BACIM...”
Polis məmuru polis avtomobilini çəkdi və "Bacım, bura park edə bilərsiniz" dedi. "Tamam" dedim "Qardaş, ən çox 1 saat çəkməz çıxaram" dedim. Getdim məhkəmə bitdi, çıxışda polis qardaşa yaxınlaşdım, təşəkkür etdim”. Mənə dedi . "Bacı, avtomobilin şüşəsində kağız var onu özün götürərsən". Avtomobilə yaxınlaşdım, kağızı əlimə aldım, geri ona doğru getdim, "Qardaş" dedim "Cəza olmasın bu". "Yox" dedi, "Cəza yazmasınlar deyə qoydum. Cəza gəlirsə bacım, mən həmişə buradayam, maraqlanmayın".
"BƏLİ, ŞƏHİD OLAN FƏTHİ İDİ"
Avtomobilə gəldim kağızı avtomobilə qoydum. Axşam Taner gəlincə izah etdim, dedim kömək etdilər, amma belə bir şey var o da "Atma qalsın" dedi. Amma, amma dedisə elədir. Bu gün partlayışda bir polisinin şəhid olduğunu eşitdim, bir anda ağılıma o polis qardaş gəldi, nədənsə, sonra yox dedim öz özümə. İctimai mediada şəkilini görüncə Taneri axtardım, kağız avtomobildə idi çünki, bir baxarsanmı dedim, polis məmurunun adına və bir neçə dəqiqə sonra Taner mənə kağızın şəkilini göndərərək "Bəli o şəhid olan Fəthi Sekindir" dedi.