Qasırğa və İraqdakı referendum neftin qiymətini bahalaşdırıb
21:16 26.09.2017
Arxiv
501
İqtisadçılar hesab edir ki, siyasi proseslər səngidikdən sonra qiymət yenə aşağı düşəcək
Son bir neçə gündür dünya birjalarında neftin qiyməti bahalaşır. "Brent” markalı neftin qiyməti 2015-ci ilin iyulundan etibarən ilk dəfə 60 dolları ötüb.
İqtisadçı millət vəkili Vahid Əhmədovun sözlərinə görə, "İraq Kürdüstanı”nda keçirilən referendum neftin qiymətinə ciddi təsir edib. Bu səbəbdən hazırda neftin qiyməti 60 dolları ötüb.
Deputatın sözlərinə görə, neftin qiymətinin artması müəyyən müddət üçün olacaq: "Bütün siyasi məsələlər neftin qiymətinə təsir edir. Amma bu artımın daha çox davam edəcəyini düşünmürəm. Hesab edirəm ki, artım bir ay davam edəcək. Bir müddətdən sonra stabilləşəcək və neftin qiyməti 50-55 dollar səviyyəsində olacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli də "Şərq”ə açıqlamasında neftin yüksək qiymətlərinin davametmə müddətininsiyasi faktorlardan asılı olacağını deyib. Onun sözlərinə görə, son günlər neftin qiymətinin dünya bazarında artmasını 3 əsas amil şərtləndirir:
"Başlıca səbəb son 15 gün ərzində Amerika Birləşmiş Ştatlarında baş verən təbiət hadisələridir. Qasırğa neft hasil edən bölgələrə ciddi təsir etdiyindən neft buruqlarının fəaliyyətində fasilələr oldu. Bu isə 1 həftə ərzində ABŞ-da neft hasilatının 900 min barelə qədər azalması ilə nəticələnib və xam neft ehtiyatlarının da azalmasına səbəb oldu. Bazara daxil olan siqnal fonunda da qiymət artımı müşahidə olunmağa başladı. İkinci səbəb isə ötən cümə OPEK ölkələrinin energetika nazirləri arasında keçirilən görüş zamanı verilən bəyanatdır. "Görüş zamanı qeyd olunub ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrlə Rusiya arasında olan saziş 2018-ci ilin dekabrının sonuna kimi uzadıla bilər. Bu bəyanatın da dünya bazarına psixoloji təsiri şübhəsizdir.
Neftin bahalaşmasını şərtləndirən ən ciddi səbəb isə Şimali İraqda keçirilən referendum, yəni "İraq Kürdüstan” ətrafında baş verən proseslərlə bağlıdır. İraq hökuməti bəyanat yaydı ki, Kərkük bölgəsinə qoşun yeridəcək və bu ərazilərin Kürdüstan muxtariyyətinin tərkibinə daxil olmasına imkan verməyəcək. Kərkükün gündəlik neft hasilatı 2 milyon barelə yaxındır.
Həmin bölgənin münaqişə ocağına çevrilmə ehtimalı da neftin qiymətinin yüksəlməsinə səbəb oldu. Türkiyədən də ciddi bəyanat gəldi ki, Kərkük-Ceyhan neft boru kəmərinə işləmək imkanı verilməyəcək. Bu isə gün ərzində 500-700 min barel neftin dünya bazarında azalması ehtimalını ortaya çıxarır. Hələlik həmin neft borusunun fəaliyyətində heç bir ləngimə olmasa da, istənilən halda bazarda psixoloji gərginlik yaradıb, qiymətlərin birdən- birə 4 faiz bahalaşmasına səbəb oldu”.
N.Cəfərlinin sözlərinə görə, neft bazarında müşahidə olunan bahalaşma iqtisadi amillərdən yox, siyasi proseslər, hərbi gərginlik və təbiət hadisələrindən qaynaqlanır. O hesab edir ki, sözügedən səbəblər səngidikcə, neftin qiyməti də ucuzlaşacaq:
"Artıq Amerikada qasırğanın fəsadları aradan qaldırılıb və neft buruqlarının fəaliyyəti bərpa edilib. Sabah Bakı vaxtı ilə saat 18:30-da Amerikada son hasilat rəqəmləri açıqlanacaq. Amerikada neft hasilatı artacağı halda neftin qiymətini yenidən aşağı çəkə bilər. Eyni zamanda "İraq Kürdüstanı” ilə bağlı verilən bəyanatların sərtliyi azalıb. Bərzani müstəqilliyin elanından əvvəl ətraf ölkələrlə danışıqlara gediləcəyini bəyan edib. Bu isə artıq bazara təsir etməyə başlayıb, neftin qiyməti bu gün 58 dollar 70 sentə qədər ucuzlaşıb.
Ortada fundamental iqtisadi səbəb olmadığından neftin qiymətinin sonrakı mərhələdə bahalaşması real görünmür. Siyasi gərginlik azaldıqca neftin qiymətinin 54-53 dollara qədər ucuzlaşacağı da istisna deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya