Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar





Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb.  Qazax rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.
Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.
Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin morquna yerləşdirilib. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
*****
16:06
Qazaxda naməlum qadın meyiti tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumat görə bu gün rayonun Xanlıqlar kəndində yerləşən Bayram bulağının yaxınlığında təxminən 25-30 yaşlarında olan qadın meyiti aşkar olunub.
Kimliyi məlum olmayan meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.