Qazi deputatın yox, nazirin təklifini bəyəndi: "Bu, çox yaxşı fikirdir"
08:14 27.11.2017
Arxiv
703
Etimad Əsədov: "Çox istərdik ki, parlament seçkilərində əlillərin də namizədliyi irəli sürülsün"
"Şəhid ailələrinin, Qarabağ əlillərinin problemləri çox olduğundan bu qəbildən olan insanların məsələləri tez-tez gündəmə gətirilir”.
Bu barədə "Sherg.az”a "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bildirib.
O qeyd edib ki, ən vacib problemlərdən biri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ödəniləcək "qanpulu”nun uzun müddətdir ki, ödənilməməsidir:
"Hətta 2014-cü ilin 28 yanvarında Konstitusiya Məhkəməsinin vəsaitin qısa zaman kəsiyində verilməsinə dair qərarı var. Bunun verilmə qaydası aydınlaşdırılması üçün parlamentə göndərilib. Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq vəsait ödənilmir. Ona görə, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri onları təmsil edən QHT-lər olaraq bizlər də içərisində olmaq şərti ilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırırıq. Ötənlərdə büdcə müzakirəsi aparılırdı. Bizim müraciət etdiyimiz millət vəkilləri bunu gündəmə gətiriblər. Həmin deputatlarımıza öz təşəkkürümü bildirirəm. Problemin həllini tapacağına inanıram”.
Millət vəkili Zahid Orucun "Qarabağ qazilərindən biri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunsun " təklifinə gəlincə, E.Əsədov diqqətə çatdırıb ki, nazirlikdə yetərincə inam qazanmış, işinin öhdəsindən layiqincə gələn insanlar çalışır:
"Ora hər hansı əlil nazir müavininin qəbul edilməsi mövcud problemi köklü şəkildə dəyişə bilməz. Nazirlikdə İctimai Şura fəaliyyət göstərir. Həmin şuraya seçkilərdə Azərbaycanda aparıcı, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin problemlərini qaldıran, söz sahibi şəxslər təmsil olunsunlar. Onlar zaman-zaman bu məsələləri gündəmə gətirib, nazirliyin əməkdaşları ilə birlikdə həllinə nail olsunlar.
Digər variant isə odur ki, Azərbaycanda tanınan QHT-lər 1-2 aydan bir nazir və nazirliyin əməkdaşları ilə birlikdə işçi qrup yaratmalıdırlar. Beləliklə, yaradılmış işçi qrupda müzakirə edilən məsələlərlə bağlı ortaq qərara gəlmək vacibdir. Həmin qərarları sonradan müvafiq strukturlara təqdim etməklə nəyəsə nail ola bilərlər.
Bununla həm QHT-lər nazirliklə əlaqəli olar, həm də təmsil etdikləri insanlarla görüşlərində işin nə yerdə olduğunu çatdıra bilərlər. Ona görə, bu, daha yaxşıdır”.
Qarabağ qazisi nazir Səlim Müslümovun "Niyə parlament seçkilərində əlilliyi olan şəxslərin namizədliyini irəli sürmürsünüz?!” sualını da cavablandırıb. O vurğulayıb ki, bu, çox yaxşı fikirdir:
"Çox istərdik ki, parlament seçkilərində əlillərin də namizədliyi irəli sürülsün. Əslində, Qarabağ qazilərinin namizədliyi verilir. Lakin seçkilərdə mojaritar sistem olduğundan əlillər fərdi qaydada iştirak etdiyindən seçilmirlər. Düşünürəm ki, bu sualın cavabını Azərbaycan ictimaiyyəti daha yaxşı bilir”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər.
Bu təklifə cavab verən nazir Səlim Müslümov isə əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinə olduğunu vurğulayıb. Nazir: "Bu, yalnış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə bu məsələlərə qarışmaq doğru deyil” – deyə əlavə edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə