Qazi vəzifəyə təyin edilib
13:32 11.08.2021
Arxiv
532
Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb.
Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib.
Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan əsgər Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicəsini tamamladıqdan sonra Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Əmrah Kazımlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat