"Qərbi Kaspi Universitetində “Tarixçilər Qrupu” təsis edildi" - Cümhuriyyətlə bağlı layihələr hazırlanır

"Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi fəaliyyətini genişləndirir. Mərkəzin nəzdində "Tarixçilər Qrupu” təsis etdik. Bu qrupda Universitetin tarix fakultəsində təhsil alan fəal tələblər yer alıblar". 
Bu barədə "Sherg.az"a Mərkəzin sədri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki. həmin tələbələr Mərkəz nəzdində tarixi araşdırmalarla məşğul olacaq, tarixi mövzularda məqalələr yazacaq, diskussiyalarda iştirak edəcək, panellər düzənləyəcəklər: "
"Tarixçilər Qrupu” ayrıca prezident İlham Əliyevin 2018-ci ili Cumhuriyyət ili elan etməsi fərmanını əlində rəhbər tutaraq bu mövzuda müxtəlif layihələr hazırlayır. Bu sıraya kitab və xüsusi dərginin nəşri də aiddir. Qrupun başqa planları da var. Tarixi mövzularda yazılara maraq göstərən saytlar bizə müraciət edə bilərlər".
Ayyət