Qərbi Mosulda qalan İŞİD-çilərin sayı açıqlanıb





  ABŞ-ın başçılığı etdiyi beynəlxalq koalisiya qərbi Mosulda minə yaxın İŞİD silahlısının qaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı koalisiyanın rəsmi nümayəndəsi polkovnik Cozef Skrokka bildirib.
Skrokka keçirdiyi məlumat konfransında qeyd edib ki, Mosul əməliyyatının əvvəlində İŞİD silahlıarının sayı iki minə yaxın olub: " Hazırda onların sayı iki dəfə azalıb".

Skrokka onu da bildirib ki, Mosul əməliyyatı başlanandan İraq ordusu dörd ay ərzində 490 hərbçisini itirib, 300-ə yaxın hərbçi isə yaralanıb.