Qonşu ilə yaxalanan ana oğulunu yastıqla boğaraq öldürdü

Sakaryanın Karasu qəsəbəsində, 10 yaşlı Necmi Talha K. iddiaya görə, yataqda birlikdə gördüyü anası Zeynəb K. (40) və qonşusu K. Y. (40) tərəfindən yastıqla boğularaq öldürüldü. Polis hər iki şübhəlini nəzarətə alıb.
Türk mediası xəbər verir ki, 2 uşaq anası Zeynəb K., səhər saatlarında Mahal Təhlükəsizlik Müdirliyinə gedərək oğulu Necmi Talha K.ı yastıqla boğaraq öldürdüyünü söylədi. Ana, polisə, "Oğulum öldü, evdədir hazırda” deyib. Zeynəb K.ın ifadəsinin ardından evə gedən polis və 112 Təcili qrupu, hərəkətsiz halda tapdıqları uşağı həyata çevirmək ümidiylə xəstəxanaya aparıb. Ancaq Necmi Talha, burada bütün müdaxilələrə baxmayaraq həyata qaytarıla bilməyib. Araşdırmada, uşağın yastıqla boğulduğu təyin olunub.
Acı xəbəri alıb xəstəxanaya gələn ata İ. K., "Arvadım olacaq ş.... haradadır?” deyə qışqırıb.
Polisin nəzarətinə alınan Zeynəb K., oğulunu məktəbə getmədiyi üçün öldürdüyünü söyləyib. Şübhəlinin ziddiyyətli ifadələr verdiyini təyin edən polis, birlikdə olduğunu təyin etdiyi qonşusu K.Y.ı da nəzarətə alıb.
Zeynəb K. daha sonra ifadəsini dəyişdirərək, oğulunun bu səhər onları yataqda tutduğunu, bu səbəblə də K. Y. ilə birlikdə Necmi Talhanı öldürdüklərini söylədi. Zeynəb K. ilə K.Y.ın sorğusu davam edir.
Necmi Talha orta məktəbin 5-çi sinifinə gedirdi. Sinifin dinc və başarlı şagirdi olduğu öyrənilən Keleşoğlunun ölüm xəbəri məktəbdə də böyük hüzn yaradıb.