Qüdrət Həsənquliyev Azərbaycanda yeni cəza növü təklif edib
10:34 29.09.2017
Arxiv
618
Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub.
APA-nın məlumatına görə, bu təklif Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı keçirilən dinləmələrdə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb.
O qeyd edib ki, Konstitusiyaya son dəyişikliklərdən sonra buna imkan da yaranıb: "Cinayət Məcəlləsinin xüsusi hissəsində bu məsələ nəzərdə tutulsa da, ümumi hissədə cəza növü kimi nəzərdə tutulmayıb. Ona görə də, təklif edirəm ki, bunu cəza növü kimi 43-cü maddəyə daxil edək”.
Q. Həsənquliyev onu da deyib ki, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır: "Bu dəyişikliklərdə göstərilir ki, ömürlük azadlıqdan məhrum edilənlər 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad oluna bilərlər. Yaxud, əvvəl 15 il cəzanın çəkilməmiş hissəsi 10 ilə endirilib. Digər bir yerdə də, xüsusilə külli miqdarda zərər vuran quldurluğa görə 18 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Yəni biz mülkiyyət əleyhinə olan cinayətlərə cəzanı sərtləşdirdiyimiz halda, ömürlük cəzanı-şəxsiyyət əleyhinə olan cəzanı yüngülləşdiririk. Bilirsiniz ki, ömürlük cəza əsasən azyaşlılara, köməksiz insanlara qarşı qətl törədənlər, yaxud xüsusilə ağır cinayətlər törədənlərə qarşı tətbiq edilən cəzalardır. İndi biz bunu yüngülləşdiririk. Məncə bu, düzgün addım deyil və zərərçəkənlərdə intiqam hissini alovlandıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya