Qülləyə çıxıb özünü öldürəcəyini dedi






Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi şəhərində 1 nəfərin intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparıb və intihara cəhdin qarşısı alınıb. Vətəndaş adiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:39-da başa çatıb.