"Qumar oyununu qanuniləşdirmək lazımdır" - Keçmiş polis rəisi







"Qumar kimi qanunsuz oyunları leqallaşdırmaq lazımdır”. 

Bunu "Sherg.az” qumar oyunlarının qanunsuz şəkildə yayılmasından danışarkən keçmiş polis rəisi Mahmud Hacıyev söyləyib. 

O vurğulayıb ki, qeyri-leqal formada davam etdikcə, qumar oyunları daha da genişlənir:


"Qadağan etdikcə, insanlar çayxanadan qaçır, küçədə oynayır. Küçədə qadağan etdikdə zirzəmilərə sığınıb, yaxud hansısa dostunun evində gizlənib, oynayırlar. Ona görə, leqallaşdırmaq lazımdır ki, tənzimlənmə mümkün olsun. Əvvəllər Azərbaycanda kazinolar olub, qanun çərçivəsində fəaliyyət göstərib. Bu təcrübədən yararlanmaq olar”.

Bir müddət əvvəl səsləndirilən kazinoların leqallaşdırılması barədə təkliflərə də toxunan M. Hacıyev deyib ki, kazinoları deyil, qumar oyununu qanuniləşdirmək lazımdır:

"Bu halda insanların aludə olacağını demək olmaz. Çünki qeyd etdiyim kimi, əvvəllər də Azərbaycanda kazinolar olub. İradəsi zəif olanlar bəlkə də qumara meyl edəcək, amma hamı ağılsız deyil ki. Qumar aludəçisi olan şəxs bütün hallarda özünə gizli yer tapacaq”.

Aysel Aslan