Qurban Qurbanov: "Beşiktaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik"
12:04 24.11.2017
Arxiv
938
"Bir müsəlman və qardaş komandanın xarüqələr yaratması bütün Azərbaycan xalqını çox sevindirdi".
Qol.az-ın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, bunu "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşlə görüşündə deyib.
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" matçını stadiondan izləyən türkiyəli mütəxəssis oyundan əvvəl Qurbanovla görüşüb.
Q.Qurbanov söhbət zamanı "Beşiktaş"ın uğuruna sevindiyini və bu komandadan örnək götürdüyünü bildirib: "Burda hamı sizin haqqınızda danışır. Həm klub, həm də məşqçi kimi sizdən örnək götürürük və buna davam edəcəyik. Bir türk məşqçinin uğuru bizi qürurlandırır. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçib onun izi ilə gedəcəyik. Ümid edirik ki, biz də gələcəkdə sizin kimi uğurlar qazanarıq".
Şenol Günəş də söhbətində Azərbaycanda "Qarabağ" kimi komandanın olduğundan qürurlandığını qeyd edib: "İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.
Görüş zamanı "Qarabağ” rəhbərliyinin yaxın vaxtlarda İstanbula gedərək, "Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya