Qurd sürülərinin düzülüş sistemi alimləri də təəccübləndirir - FOTOLAR

Qurd sürüləri zorlu  təbiət şərtlərində həyatlarını davam etdirmək üçün inanılmaz bir sistem içində çalışırlar. Vəhşi təbiətdə həyatda qalmaq çətindir. İnsanlara görə, normal olaraq qarşılana biləcək bəzi vəziyyətlər, heyvanların həyatda qala bilmələri üçün böyük əhəmiyyət daşıyır. Qış aylarında həyatlarını davam etdirə bilmək üçün ən böyük mübarizəni verən canlılardan biri də heç şübhəsiz ki, qurd sürüləridi.
Qabaqda sürünün həmişə ən zəif, xəstə 3 qurdu gedər. Pusquda ilk onlar öləcəklər. Digər vəzifələri də arxadan gələnlər üçün qarda ilk yolu onlar açarlar. Ardından ən təcrübəli 5 döyüşkən  qurd gedər. Ortada 11 dişi qurd qorunma altında  yeriyərlər. Dişiləri, sürünün arxasından məsul 5 təcrübəli döyüşkən  qurd izləyər. Ən arxada sürüdən məsafəli olaraq yeriyən isə sürünün lideridir. O, davamlı olaraq sürünün hamısını görməli, izləməlidir.
Hər hansı bir hücum anında lider özünü ön plana ataraq müdafiəetmə vəziyyətinə keçər. Qurd sürülərindəki bu inanılmaz sistem  elm adamlarını da təəccübləndirir.
Turan