Paşinyan: Ermənistana neft-qaz kəmərinin çəkilməsi müzakirə olunur

“Ermənistana neft-qaz kəmərinin çəkilməsi imkanları müzakirə olunur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Birləşmiş Krallıq Biznes Forumunda çıxışında deyib.

Hökumət başçısı TRIPP layihəsinin həyata keçirilməsindən sonra investisiya cəlbediciliyinin artacağını və ölkədə çoxsektorlu investisiyaların qoyulacağını qeyd edib.

“Bütün kommunikasiyalara paralel olaraq, bu gün qaz-neft kəmərlərinin çəkilməsi imkanları artıq nəzərdən keçirilir və müzakirə olunur. Həmçinin elektrik ötürücü xətləri ilə bağlı konkret müzakirələr aparırıq”, - Paşinyan vurğulayıb.