Radik İsayev: “ Rusiyalı həmkarıma iki dəfə dünya çempionatında məğlub olmuşam. Finalda, inşallah, qalib gələrəm”





Dünya çempionu titullu taekvondoçumuz Radik İsayev 80 kq-dan artıq çəkidə yarımfinal mərhələsində sloveniyalı həmkarı İvan Konrad Trajkoviç üzərində böyük hesablı qələbə qazanaraq finala yüksəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran atletimiz bildirib ki, final mərhələsi onun üçün şansdırr: "Çünki rusiyalı həmkarıma iki dəfə dünya çempionatında məğlub olmuşam. Finalda, inşallah, qalib gələrəm”.
O, həmçinin bütün qələbələrinia iləsinə həsr etdiyini söyləyib: "Hər bir qələbəmi doğmalarıma hədiyyə edirəm. Final görüşünə qədər çay içib, fiziki masaj və məşq edərək hazırlaşacam."
Qeyd edək ki, R.İsayev qızıl medal uğrunda rusiyalı Larin Vladislavla mübarizə aparacaq. Görüş bugün saat 22:30-da baş tutacaq.

Vüqar Şahinoğlu