"Radikal dini qruplarla mübarizəni cəmiyyət özü də tələb etməlidir" - İlahiyyatçı -alim
13:06 17.07.2018
Arxiv
1045
"Tohid İbrahimbəyli kimi Azərbaycan üçün təhlükə saçan dindarlar ölkəmizdə çoxdur”.
Bunu "Sherg.az”a Gəncə hadisələri ilə bağlı yeni detalların üzə çıxmasından danışarkən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov söyləyib.
Onun sözlərinə görə, bu şəxslər özləri üçün böyük sosial şəbəkə formalaşdırıblar:
"Belə "dindarlar” əsasən İrandan oxuyub gələn özünü şiə hesab edib, ölkəmizə qarşı təxribat aparan şəxslərdirlər. Həmin adamların təhlükəsi haqqında yazdıqda bütünlüklə sosial şəbəkələrdə bizə qarşı şər-böhtan, təzyiq, təhdid yağdırırlar. Əlbəttə, dövlətimizin xüsusi qurumları, təhlükəsizlik orqanları elə "dindarlar”la məşğul olmalıdırlar. Biz sosial şəbəkələrdə Tohid İbrahimbəyli, onun təhlükəli davranışları haqqında dəfələrlə məlumat vermişik. Lakin bu kimi məlumatları ortaya qoyduqda özünü şiə hesab edən bəzi şəxslər bu məzhəbə qarşı mübarizə apardığımızı düşünür. Heç də belə deyil. Biz özünə sünni deyib, radikal olan, təfkirəçilik ideologiyalarını yayan dindarlar haqqında da dəfələrlə qəzet və saytlarda açıqlamalar vermişik. Onların təhlükəsi haqqında bəyanatlarımız olub. Təəssüf ki, kifayət qədər ölçü götürülmədikdə, nəticələr bu cür ağır olur”.
Ə.Həsənov hesab edir ki, xüsusilə ölkəmizə qarşı təxribat aparan müxtəlif qüvvələr daxildəki bu cür dar düşüncəli dindarlardan istifadə edirlər:
"Din adı ilə danışıb, belələrini öz cərgələrinə qatır və hətta cinayət etdikdən sonra belə onları müdafiə edirlər. Hazırda belə şəbəkələşən dindar qruplar həddindən artıq çoxdur və onların hamısını qısa zamanda müəyyən etmək çətin olur. Məsələn, Türkiyədə son vaxtlar cinayətlərinə görə tutulan Harun Yahya və tərəfdarları barədə, onların təhlükələrindən dəfələrlə saytlarda açıqlamalar vermişik. Təəssüf ki, onun burada olan sosial bazasının hücumuna məruz qalmışıq. Halbuki, bu cür qruplaşmaların məqsədi ölkədə çoxalıb, xaos yaratmaq, dövlət çevrilişinə cəhd edib, gücləndikdən sonra hakimiyyəti ələ keçirməkdir.
Bütün bunlar və digər radikal qruplarla mübarizəni cəmiyyət özü də tələb etməlidir. Cəmiyyətimiz islam dinini səhih mənbələrdən öyrənən, yaşayan, vətənini, millətini, dövlətini sevən ilahiyyatçıları tələb etməlidir. Ölkə rəhbərimiz bununla bağlı ciddi cəhdlə çalışır. İlahiyyat institutunun yaradılması əsl ilahiyyatçıların yetişdirilməsi üçün müsbət addım oldu. Ümid edirik ki, gələcəkdə bu institutun yetişdirdiyi gənclər ölkəmizi islam dini ilə bağlı səhih mənbələrlə təmin edəcəklər. Biz buna ümid edirik. Dini maarifçiliyi artırdıqda və məscid imamlarını vətənini, dövlətini, millətini sevən şəxslərlə əvəz etdikdə daha müsbət nəticələr əldə olunacaq”.
Qeyd edək ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələri toplayaraq, təlimatlandırdığı məlum olub. T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm