Razılığa gəliblər: Ərdoğan və Putin görüşəcək





Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı prezidentlər Yohannesburqda BRİKS sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Tərəflər müxtəlif ikitərəfli layihələrin, o cümlədən "Türk axını" və "Akkuyu" AES-in reallaşdırılması gedişindən razı qaldıqlarını bildiriblər.

Bundan əlavə, iki ölkə lideri Suriyadakı vəziyyəti müzakirə ediblər.