Reanimasiya xəstəsinə siqaret verib, lağ etdilər - FOTO

Sakaryada xəstəxanada yaşananlar reaksiyalara səbəb olub. Hadisə keçən günlərdə Sakaryada olan xüsusi bir xəstəxanada baş verib. İddiaya görə, reanimasiyada müalicə alan və adı bilinməyən bir xəstəyə, tibb bacıları siqaret verərək, lağa qoyurlar. 
O anlar isə başqa bir tibb bacısı tərəfindən cib telefonu ilə qeyd alınıb. Görüntülərdə, tibb bacılarının yaşlı adama siqaret verdikləri, xəstənin siqareti ağızına aparması, yenə tibb bacılarının xəstəyə müxtəlif əngəllər yaratdığı yer alıb. Bütün bu anlarda isə tibb bacıları qəhqəhələr çəkir. Bir tibb bacısı isə yaşlı adama, "Sən heç siqaret çəkirdinmi?" deyə soruşur. Lağ edildiyini anlayan xəstə isə, ən sonda küfr edərək siqareti yerə atır.