"Red Bull Racing" komandasının pilotu Bakıda qəzaya uğradı




 Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib.
AZƏRTAC bildirir ki, trekin 15-ci döngəsində "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib. Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.