Regiona təhlükə: "Metsamor”un istismar müddətini uzatmaq istəyirlər
10:39 18.03.2021
Arxiv
405
Ermənistan “Metsamor” atom elektrik stansiyasının fəaliyyət müddətini nəzərdə tutulandan daha 5-10 il uzatmaq istəyir.
Bu barədə “Sputnik” Ermənistan stansiyanın baş direktoru Movses Vardanyana istinadən məlumat yayıb.
Hazırda fəaliyyət göstərən stansiyanın ikinci bloku 1980-ci ildə istifadəyə verilib. Ermənistan tərəfi stansiyanın 1989-1995-ci illər ərzində 6 il çalışmadığını nəzərə alaraq, “Metsamor”un fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmağı planlaşdırırlar.
Bununla Ermənistan növbəti dəfə bütün regionun təhlükəsizliyini təhdid altına ataraq beynəlxalq çağırışları görməzdən gəlir. Altı illik fasiləni istismar müddətini çoxdan başa vurmuş AES-dən istifadə üçün bəhanə edən Ermənistan region ölkələri ilə yanaşı, öz xalqının da həyatını ciddi təhlükə qarşısında qoyur.
Avropa İttifaqı da daxil olmaqla bir çox nüfuzlu qurumlar Ermənistandan dəfələrlə “Metsamor” Atom Elektrik Stansiyasını bağlamasını tələb ediblər. 2004-ci ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini ifadə edərək, Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, İrəvan hökuməti bu miqdarı yetərsiz görüb və fantastik məbləğ – 1 milyard avro tələb edib. Bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməyib, buna cavab olaraq Ermənistan da “Metsamor”u bağlamayacağını elan edib.
Bundan əlavə ABŞ-ın “Nüvə alimlərinin bülleteni” adlı jurnalında da Ermənistana AES-in bağlanması barədə çağırışlar edilib.
Lakin göründüyü kimi, bütün bunlar heç bir halda Ermənistanı öz iyrənc əməllərindən geri çəkilməyə məcbur edə bilmir. İstənilən halda regiondakı digər xalqlardan çox öz xalqının həyatı və taleyi üçün daha böyük önəm kəsb edən bir məsələdə belə Avropadan bir milyard dollar tələb etmiş Ermənistandan beynəlxalq təhlükəsizliyə töhfə verəcəyini gözləmək olmaz. Beynəlxalq təzyiq mexanizmlərinin işləmədiyi halda isə Ermənistan, görünür ki, hələ uzun müddət təhlükə mənbəyi olan AES-in istismarına davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya