"Reket jurnalistika xərçəng xəstəliyi kimi yayılıb" - Çingiz Qənizadə





Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatları təqdir edir. 

Sherg.az-ın məlumatına görə Ç.Qənizadə parlament tribunasından bildirib ki, bu günlərdə DTX 2 reket mətbu orqanın rəhbərini həbs edib:

"Qeyri-hökumət təşkilatları sektorunda və jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır. Xərçəng xəstəliyi kimi yayılan reket jurnalistlərə qarşı mübarizə mütləqdir. Mən DTX-ın əməliyyatını təqdir edirəm. Hüquq -mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər alqışlanmalıdır. Hesab edirəm ki, yerdı qalan reket jurnalistlərə, reket QHT-lərə qarşı da tədbirlər görülməlidir”.

Anar