Rezidenturada boş qalan yerlərin siyahısı açıqlanıb
14:47 19.09.2018
Arxiv
692
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturada boş qalan plan yerlərinə ərizə qəbulu elan edib.
Mərkəzdən "Sherg.az"a verilən məlumata görə, ümumilikdə, 31 plan yeri boş qalıb.
Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.
Bildirilib ki, müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə, ümumilikdə, 9 plan yeri ayrılıb. Qeyd olunub ki, əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilib. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.
Boş qalan plan yerlərinin siyahısı aşağıdakı cədvəldə əks olunub:
Kodu Adı S a y
ı
T əhsil haqqı
Azərbaycan Tibb Universiteti
311511 Psixiatriya (Gəncə Şəhəri Psixiatriya Xəstəxanası) 1
311682 Ftiziatriya 1
311796 Epidemiologiya 1
ödənişli əsaslarla
311869 Kardiologiya 1 4000
311974 Stomatologiya 2 4000
311982 Gigiyena 1 4000
311803 Epidemiologiya 1 4000
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313245 Psixiatriya 2
313261 Terapiya 1
313367 Gigiyena 1
313334 Pediatriya 1
*313359 Mikrobiologiya 1
ödənişli əsaslarla
313472 Narkologiya 3 4000
313489 Ftiziatriya 3 4000
313512 Gigiyena 2 4000
313529 Epidemiologiya 2 4000
Respublika Müalicəvi Diaqnostika Mərkəzi
337116 Anesteziologiya-reanimatologiya 1
Naxçıvan Dövlət Universiteti
361124 Otorinolarinqologiya 1
361181 Patolojianatomiya, məhkəmə tibbi ekspertiza 1
361221 Stomatologiya 1
361246 Epidemiologiya 2
Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası
363117 Anesteziologiya-reanimatologiya (Gəncə Şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası) 1
Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 20-21-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
2018/2019-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.
Ödənişli əsaslarla qəbul aparılan ixtisaslara qəbul olmuş namizədlərə qəbul olduğu klinik baza ilə razılaşdırılmaqla ödənişi hissə-hissə aparmağa imkan verilir.
Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı, ümumilikdə, 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət