Riçard Morninqstar: “Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir"
20:27 30.04.2014
Arxiv
519
"Azərbaycan və ABŞ arasında münasibətlər mühüm və möhkəmdir, lakin problemlərsiz də ötüşmür".
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Ukraynadakı hadisələr bu münasibətlərin vacibliyini nümayiş etdirir: "Ukraynada baş verən hadisələr oyun qaydalarının dəyişməsi anlamına gəlir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə səs verən bir neçə postsovet ölkələrindən biri olub. Ukraynadakı vəziyyət həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir. Bu münaqişə regionda heç bir tərəfə üstünlük verməyən qeyri-sabitlik yaradır. Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həll edilməsində konkret addımlar atması üçün birlikdə çalışmalarına ehtiyac var. Rusiyanın tam əməkdaşlığı olmadan buna nail olmaq olduqca çətin olacaq. Biz həmçinin xalqların, azərbaycanlılar və ermənilərin bir biri ilə ünsiyyət qurması üçün qeyri-rəsmi cəhdləri də dəstəkləyirik. Bu cür etimad yaradan tədbirlər hər iki ölkə vətəndaşlarını sülhə hazırlamağa kömək edə bilər”.
Morninqstar qeyd edib ki, Azərbaycan son 20 ildə cəsarətlə müstəqil siyasət yürüdüb və bu, bir sıra istiqamətlərdə ABŞ-ın maraqlarına cavab verib: "Azərbaycan bu kursu çətin qonşuluq şəraitində həyata keçirib. Azərbaycan Əfqanıstan üzrə əməkdaşlığı davam etdirir ki, bu da Bakı vasitəsilə qeyri-hərbi yüklərin və avadanlıqların tranzitini reallaşdırmağa imkan verir. Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanın inkişafında iştirak edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
E5 ölkələri Ukraynanı NATO-ya yaxınlaşdırmaq istəyirlər
23:47 24.06.2026
Dünya
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya