Rob Sobhani: "Prezident İlham Əliyev Azərbaycan üçün parlaq gələcək təmin edib"
11:31 16.10.2018
Arxiv
345
Azərbaycan Prezidenti İlham Əliyev xalq üçün parlaq gələcək təmin edib. Bunu Trend-ə "Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin dövlət idarəetmə sənətinin ən vacib xüsusiyyəti Azərbaycanı müasir, çiçəklənən və tolerant ölkəyə çevirmək niyyətini reallaşdırmasıdır.
Azərbaycanın enerji siyasətindən danışan R.Sobhani bildirib ki, Prezident İlham Əliyev Xəzər hövzəsindən enerji ehtiyatlarının beynəlxalq bazarlara ixracının təmin olunmasında 100 faizlik uğura nail olub:
"Prezident İlham Əliyev dünyaya və beynəlxalq investorlara göstərdi ki, Azərbaycan enerji resurslarının nəqli üzrə etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan neft və qaz ixracı üzrə aparıcı mərkəz və dəhlizə çevrilib”.
Amerikalı ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün əldə etdiyi iqtisadi möcüzə ölkə vətəndaşlarının rifahına yönəlib:
"Azərbaycan iqtisadiyyatının bacarıqlı kapitanı olaraq Prezident İlham Əliyev ölkənin hər bir vətəndaşına layiqli yaşamaq imkanı bəxş edib. Hər bir vətəndaşın yaxşı işinin, sabit gəlir mənbəyinin olması, bütün bunlar Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafında əldə etdiyi böyük nailiyyətlər sayəsində təmin olunub”.
O vurğulayıb ki, Dünya Bankının məlumatlarına əsasən, Azərbaycan yoxsulluq çox aşağı səviyyəyədək azalıb, bu isə onu bildirir ki, Azərbaycan vətəndaşlarının böyük hissəsi orta təbəqəni təmsil edir:
"Azərbaycanda orta təbəqənin artımı Prezident İlham Əliyevin iqtsadiyyat sahəsində müdrik qərarları ilə əlaqədardır. Azərbaycan Prezidenti qəbul edir ki, ölkə iqtisadiyyatı birtərəfli ola və yalnız enerji ehtiyatlarının ixracına arxalana bilməz. Bu səbəbdən də o, regional iqtisadi inkişafa, turizm sektoruna, kənd təsərrüfatına, kiçik və orta sahibkarlığın təşviqinə və bərpa olunan enerji mənbələrinə investisiyalara əsas diqqət ayırır”.
R.Sobhani bildirib ki, Prezident İlham Əliyev təkcə ümummilli lider Heydər Əliyevin kursunu davam etdirməyib, həm də onun əsasında Azərbaycan xalqı üçün parlaq gələcək təmin edib.
Bundan başqa, amerikalı ekspert son 15 ildə idman sahəsində Azərbaycanın uğurlarından danışıb:
"Prezident İlham Əliyev Azərbaycanın böyük idman turnirlərinin keçirildiyi məkanın olması üçün kifayət qədər vaxt, enerji və güc sərf edib. Prezident İlham Əliyevin bu müdrik və uzaqgörən siyasəti Azərbaycana beynəlxalq nüfuz gətirib”.
Ekspert qeyd edib ki, əgər jurnalistlər nə vaxtsa "idman turizmi” terminini fikirləşsələr, buna görə onlar Prezident İlham Əliyevə və Azərbaycana minnətdar olmalıdır, çünki idman tədbirləri keçirməklə Azərbaycan böyük turist axınını təmin edib:
"Eyni zamanda, Azərbaycan bütün dünyaya dinamik ölkə olduğunu nümayiş etdirib. Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq idman tədbirlərinin keçirildiyi məkana çevirərək ölkənin dünya arenasında imicini daha da yaxşılaşdırıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi