Rövşən Rzayev məcburi köçkünləri qəbul edib
17:26 18.09.2018
Arxiv
634
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Bu barədə "Sherg.az"a Dövlət Komitəsindən məlumat verilib.
Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, şöbə və departament rəhbərləri fərdi qaydada qəbul ediblər. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və mahiyyəti üzrə cavablandırılıb. Müraciətlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərindəki vəziyyət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ilə bağlı olub.
Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, yeni mənzillərə köçürülməsinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi böyük və diqqət qayğı qəbula gələnlər tərəfindən dərin razılıq hissi ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlərin sağlamlığının qorunmasına, müayinə və müalicəsinin təşkilinə aid konkret faktlardan söhbət açılıb, Fondun rəhbərliyinin, şəxsən Mehriban xanımın ünvanına səmimi xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunub.
Vətəndaşlara bir daha bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin normal və təminatlı yaşayışı üçün zəruri tədbirləri davam etdirməklə yanaşı, işğal altındakı ərazilərin tezliklə azad olunması, didərginlik məhrumiyyətlərinə son qoyulması üçün də məqsədyönlü və təsirli iş aparır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir və onların bu komplekslərə köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək, ilk növbədə, ən ağır şəraitdə yaşayanlar mənzillə təmin olunacaqlar.
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılmış məsələlərin araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət