Rus əsgərin qatili orduya çağırılıbmış




Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
"İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi”, - deyə qurumdan bildirilib.

Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.