Rus əsgərin qətlində 20 yaşlı erməni şübhəli bilinir





Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə 20 yaşlı mülki şəxs şübhəli bilinir. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.
"Polis əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı C.A. saxlanılıb”, - deyə o bildirib.
Cinayət işi Ermənistan İstintaq Komitəsinin Mühüm İşlərin İstintaqı İdarəsinə verilib.
Saxlanılan şəxs barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Məlumata görə, həmin şəxs psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunub. Onun barəsində daha əvvəl cinayət işi başlanıb.