"Rusiya heç vaxt imkan verməyəcək ki... "- İqbal Ağazadə
14:28 21.11.2017
Arxiv
3111
"...Ətrafındakı postsovet ölkələri etnik konfliktlərdən uzaqlaşıb, Qərbə inteqrasiya etsin və demokratik proses bərqərar olunsun"
"Tərəflər atəşkəsin pozulmasını, regionda savaşın başlanmasını istəmirlər”.
Bunu "Sherg.az”a Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlamalarını şərh edərkən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə söyləyib.
Təşkilat sədrinin fikrincə, həmsədrlər buna görə, səfərlər həyata keçirir, tərəfləri danışıqlar masası ətrafında birləşdirirlər:
"Amma hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli qlobal proseslərdən asılıdır. Rusiya heç vaxt imkan verməyəcək ki, ətrafındakı postsovet ölkələri etnik konfliktlərdən uzaqlaşıb, Qərbə inteqrasiya etsin və demokratik proses bərqərar olunsun. Biz 1992-1993-cü illərdə daha çox Qərbə inteqrasiya və demokratik cəmiyyət quruculuğu istəyirdik. Ona görə, torpaqlarımızı işğal etdilər. 20 il sonra Ukrayna həmin siyasəti - Qərbə, Avropa Birliyinə inteqrasiyanı üstün tutdu, dərhal Krımı işğal etdilər. Donbas və Donetskdə vətəndaş müharibəsi, qarşıdurma yaradıldı. Rusiya öz maraqları naminə prosesləri bu cür saxlayır, konfliktləri həll etmək istəmir. Çünki münaqişələr həll olunsa, proses Rusiyanın içərisinə keçəcək, bununla federasiya itirəcək”.
Münaqişənin həllinin qlobal proseslərdən asılı olduğunu iddia edən təşkilat sədri bəyan edib ki, Rusiya yeni mərhələyə qədəm qoymalıdır:
"Necə ki, SSRİ yeni mərhələyə qədəm qoyduqda belə konfliktlər ortaya çıxdı, Rusiya da dəyişməli, super güc anlayışından imtina etməlidir. Beləliklə Rusiya daxilində gedəcək demokratikləşmə prosesi postsovet ölkələrinin Rusiya ətrafından qaçma meyllərini gücləndirəcək. Onda bu tipli problemlər həll olunacaq. Rusiya artıq danışıqlarda hegemon olmayacaq və konfliktlərin həllində mövqe ortaya qoya bilməyəcək.
Azərbaycan tərəfi dəfələrlə bildirib ki, danışıqlar naminə danışıqlara getmək istəmir. Bu isə heç nəyi dəyişmir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonu dəyişmək gücündə deyil”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra mətbuat konfransı keçirib. Nazir konfransda bildirib ki, danışıqlarla bağlı təcrübə onların tezliklə başa çatmayacağını göstərir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya