Rusiya Tramp komandası ilə təmas qurdu

Rusiya dövlət başçısı Vladimir Putinin  Orta şərq üzrə  xüsusi nümayəndəsi və xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov, ABŞ-ın 45-ci dövlət başçısı seçilən Donald Trampın qrupuyla Suriya mövzusunda təmasa keçdiklərini söylədi.
Moskvada təşkil edilən bir proqramda danışan Boqdanov, "Vaşinqtonda yeni prezidentə kömək edən kəslərlə təmas qururuq. Həm vəzifə müddəti bitmiş,  həm də yeni gələcək ABŞ rəhbərliyinin, Suriya böhranının Rusiya olmadan həll edilə bilməyəcəyini bilərək hərəkət etməsinə ümid edirik. Biz açıq bir dialoqa hazırıq." deyib.
Boqdanov ayrıca İŞİD-lə mübarizədə İraq hökumətinə silah və hərbi  təchizat köməyi yoluyla dəstək olduqlarını ifadə edərək, bu şəklidə İraqın torpaq bütövlüyünün qorunmasına qatqı təmin etdiklərini ifadə edib.