Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaradır
11:52 11.04.2014
Arxiv
584
Bu barədə qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib
Rusiya və Azərbaycan hava hücumundan vahid hüdafiə sistemi yaratmağa qərar verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyasının Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Bu barədə qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib. İclas iştirakçıları MDB ölkələri hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılaşıblar.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçən iclasda hava hücumuna qarşı müdafiənin inkişafı və radiolokasiya tanımasının vahid sistemi məsələləri müzakirə edilib. Postsovet məkanı üçün ümumi təhlükələrdən xəbərdarlıq etmə sistemini yaratmaq barədə qərar qəbul edilib. Yeni müdafiə sistemi bir çox üstünlüklər əldə olunmasına imkan verəcək.
Həmçinin nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb. İclasın gedişatında Qərargah rəhbərləri arasında minalardan təmizləmə haqqında razılaşma da əldə olunub.
Xatırladaq ki, aprel ayının 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəislərinin iclası keçirilib.İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət